
- A-
- A
- A+
Aİ-nin 2027-ci il büdcəsi təsdiqləndi: Ukraynaya 650 milyon avro ayrıldı
Avropa Parlamenti Avropa İttifaqının 2027-ci il üzrə büdcəsini yekun olaraq təsdiqləyib.
Bizim.Media xəbər verir ki, sənədin lehinə 406 deputat səs verib, 184 deputat əleyhinə çıxıb, 69 nəfər isə bitərəf qalıb.
Büdcə öhdəliklərinin ümumi həcmi Aİ-nin ümumi milli gəlirinin 0,99 faizini təşkil edəcək. Avropa Komissiyasının ilkin təklifi ilə müqayisədə deputatlar prioritet istiqamətlərə əlavə 300 milyon avro ayrılmasına nail olublar. Bu vəsait elmi tədqiqatlar, nəqliyyat və enerji infrastrukturu, “Erasmus+” proqramı, mülki müdafiə, sərhədlərin idarə olunması və humanitar yardımı əhatə edir.
Bundan başqa, Aİ-nin Cənub və Şərq qonşuluğundakı ölkələrə maliyyə dəstəyi 39 milyon avro artırılıb.
Büdcədə Ukraynaya dəstək məqsədilə verilmiş kreditin borc xidmətinə 650 milyon avro ayrılması da nəzərdə tutulub.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



































































































