
- A-
- A
- A+
Ermənistan və Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələrinin 5-ci görüşü başladı - Foto
Noyabrın 26-da Ermənistanda Ermənistan və Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə “Sülh körpüsü” təşəbbüsünün beşinci görüşü başlayıb.
Bizim.Media xəbər verir ki, görüşdə hər iki ölkənin vətəndaş cəmiyyətini təmsil edən ümumilikdə 60 nəfər iştirak edir.
Yayılan məlumata görə, noyabrın 26-27-də keçiriləcək ikitərəfli genişmiqyaslı müzakirələr dəyirmi masa formatında təşkil olunub.
Görüş zamanı 2025-ci il avqustun 8-də Vaşinqton sammitində təsdiqlənmiş sülh gündəliyi, Ermənistan və Azərbaycan arasında sülh prosesinin möhkəmləndirilməsi və institusionallaşdırılması təşəbbüsləri müzakirə ediləcək.
Bununla yanaşı, iki cəmiyyət arasında qarşılıqlı etimadın formalaşdırılması və inkişafına yönəlmiş tədbirlər, Cənubi Qafqazda davamlı iqtisadi əməkdaşlıq, ticarət və kommunikasiya yollarının qurulması imkanları da müzakirə mövzuları sırasındadır.
Görüşdə humanitar məsələlərə, gənclərlə işə, təhsilə, eləcə də iki ölkənin vətəndaş cəmiyyəti nümayəndələri arasında birbaşa və uzunmüddətli əlaqələrin qurulması perspektivlərinə də toxunulacaq.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.











































































































