Xalq artistinin ailəsinin faciəsi - Evləri satıldı, nəvəsi ağır vəziyyətdədir

Xalq artistinin ailəsinin faciəsi - Evləri satıldı, nəvəsi ağır vəziyyətdədir

Hazırda oxunan: Xalq artistinin ailəsinin faciəsi - Evləri satıldı, nəvəsi ağır vəziyyətdədir
649726
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Mərhum Xalq artisti Eldəniz Zeynalovun qızı və gəlini aparıcı Elgiz Əkbərin yutub layihəsinə gələrək yardım istəyib.

Bizim.Media xəbər verir ki, aktyorun qızı atasından qalan bütün evləri satdıqlarını, hazırda yardıma ehtiyacları olduğunu bildirib.

Proqramda Elgiz Əkbər ailənin yaşadığı çətinliklərdən danışıb:

"Eldəniz Zeynalovun oğlu, mərhum Məmməd Zeynalov xəstə oldu, evlərini, hər şeyi satıb onun müalicəsinə xərclədilər. Qızı Gülbəniz ailə qurmadı, özünü bacı-qardaşına həsr etdi. İndi deyir ki, vəziyyət pisdir. Atadan qalan ev Tarqovıda yerləşirdi. Məcbur qalıb bir gecəyə 110 min manata satdılar. Pulu qardaşına xərclədi. Deyirdi ki, utanıram, deyəcəklər atadan qalan evdə oturdu, qardaşına etmədi. İndi kirayədə qalır. Qardaşına balaca daxma alıb. Gəlin İradə xərçəng xəstəliyinə tutulub.
 

Məmmədə sonradan dəstək olmuşdum. O öləndə pulları olmayıb ki, iki metr parça alıb büküb basdırsınlar. Aparıb atasının yanında yox, uzaq bir yerdə dəfn ediblər. İmkanları buna çatıb. İndi aktyorun gəlini xərçəng xəstəliyinə yoluxub. Uşağı da xəstədir, əməliyyat olunmalıdır".


Gülbəniz "Qardaşımı anamın yanında dəfn etmək istədik, icazə vermədilər. Utanıram, danışmağa xəcalət çəkirəm. Qardaşım uşağı üçün yardıma ehtiyacımız var. 23 il universitetdə çalışdım. Qardaşım xəstə olanda ona baxdım, işə gedə bilmədim deyə çıxardılar" deyə, söyləyib. 

Elgiz bildirib ki, uşağın əməliyyatı üçün 10 min manat lazımdır. (axsam.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO