“The National Interest”: "Sərhəddə gərginlik Ermənistan üçün təhlükəli strategiyadır"

Hazırda oxunan: “The National Interest”: "Sərhəddə gərginlik Ermənistan üçün təhlükəli strategiyadır"

32269

ABŞ-ın “The National Interest” jurnalında Baltimor Universitetinin İctimai və Beynəlxalq Münasibətlər Məktəbinin icraçı direktoru İvan Saşa Şixanın Ermənistan rəhbərliyi və 2020-ci ilin payızında darmadağın olan erməni silahlı birləşmələri tərəfindən davam etdirilən təxribat xarakterli hərəkətlər barədə “Sərhəddə gərginlik Ermənistan üçün təhlükəli strategiyadır” sərlövhəli məqaləsi dərc olunub.

Bizim.Media xəbər verir ki, məqalədə Ermənistanla Azərbaycan arasında 44 günlük müharibəyə son qoyan atəşkəs barədə Birgə Bəyanatın imzalanmasından cəmi 8 ay sonra iki qonşu dövlətlər arasında münasibətlərdə gərginliyin yenidən artdığı bildirilib. 

Müəllif qeyd edir ki, ötən ilin iyulunda Ermənistanın təxribatçı əməlləri dövlət sərhədində silahlı toqquşmalara gətirib çıxardı. Nəticədə qısa müddət sonra genişmiqyaslı müharibə başladı.

Məhz buna görə mövcud gərginliyi azaltmaq üçün yalnız sülhə mənasız çağırışlar etmək kifayət deyil, bu, dünya liderləri tərəfindən təcili diqqət tələb edir.

Ekspert yazır ki, regional gərginliyin azaldılmasının yeganə yolu Ermənistanla Azərbaycan arasında sərhədlərin müəyyənləşdirilməsidir. Ermənistanla Azərbaycan arasında artan qarşıdurma demarkasiyanın Qafqaz bölgəsi üçün niyə bu qədər mühüm olduğunu göstərir.

Müəllif vurğulayır ki, Ermənistan 30 il ərzində işğal altında saxladığı Qarabağın azad edilməsi ilə barışmalı olacaq.

Bu, baş nazir Nikol Paşinyanın hərəkətlərindən asılıdır. Paşinyan sələflərindən daha az millətçi olsa da, liberal deyil. Paşinyan müharibənin yenidən başlanmasının Ermənistan üçün dağıdıcı olacağının fərqindədir. Çünki Azərbaycan ötənilki müharibədə öz hərbi gücünü qətiyyətlə nümayiş etdirdi.

Beynəlxalq səviyyədə tanınmış sərhəd boyunca davam edən təxribatların böyük gərginliyə səbəb olduğunu bildirən müəllif diqqətə çatdırır ki, bu, Paşinyana Qarabağ məsələsini gündəmdə saxlamağa, erməni xalqını öz ətrafında toplayaraq ölkə ictimaiyyətinin diqqətini daxili problemlərdən yayındırmağa kömək edir.

Paşinyan bilir ki, qış yaxınlaşdıqca Ermənistanda COVID-19-un yayılmasının və münaqişənin səbəb olduğu iqtisadi problemlər daha çox nəzərə çarpacaq. Buna görə də N.Paşinyan diqqəti yayındırmağa çalışır.

Müəllif hesab edir ki, indi fürsətdən istifadə edərək Azərbaycanla sülhü bərqərar etmək vaxtıdır. Ermənistan Azərbaycanla münasibətləri normallaşdırmaq və sərhədlərin demarkasiyası siyasətini yürütsə, bu, onun üçün faydalı olacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO