Azərbaycanda daha 16 nəqliyyat vasitəsi özəlləşdirilib

Azərbaycanda daha 16 nəqliyyat vasitəsi özəlləşdirilib

Hazırda oxunan: Azərbaycanda daha 16 nəqliyyat vasitəsi özəlləşdirilib
214551
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin keçirdiyi növbəti hərracda 16 nəqliyyat vasitəsi satılıb. 

Bizim.Media xəbər verir ki, bu barədə xidmətin məlumatında bildirilib. Qeyd olunub ki, nəqliyyat vasitələrinin bəziləri rəqabətli olaraq satılıb. 

Belə ki, start qiyməti 15 900 manat olan “Kia Sportage” markalı avtomobil 18 300 manata, 15 000 manat olan “Hyundai Azera” markalı nəqliyyat vasitəsi isə 17 000 manata satılıb. 

Hərracda satılan nəqliyyat vasitələrinin siyahısı ilə linki vasitəsilə tanış olmaq olar. 8 və 16 oktyabrda keçiriləcək növbəti hərraclara səhmdar cəmiyyətlərinin səhm paketi, qeyri-yaşayış sahəsi, fərdi yaşayış evi, torpaq sahəsi və əmlak kompleksi çıxarılacaq. 

Hərraca çıxarılan əmlakların siyahısı ilə linki vasitəsilə tanış olmaq mümkündür. 

İştirak etmək istəyənlər “www.emlak.gov.az” Xidmətin və “www.auksion.gov.az” Hərracların Təşkili Mərkəzinin rəsmi internet saytlarından hərraca çıxarılan əmlaklar üzrə seçim edə bilərlər. “www.e-emlak.gov.az” Elektron Xidmətlər Portalından qeydiyyatdan keçərək və beh ödəyərək iştirakçı statusu almaq olar. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO