
- A-
- A
- A+
Bakı və London müdafiə sahəsində əməkdaşlığı gücləndirəcək - Təhdidlərə birgə cavab veriləcək
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı regional sülh və sabitliyi dəstəkləmək üçün müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığı gücləndirəcək.
Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında imzalanan strateji tərəfdaşlıq haqqında birgə bəyannamədə qeyd edilib.
Belə ki, iştirakçılar ümumi təhdidləri yayındımaq, qarşısını almaq və onlara cavab vermək qabiliyyətlərini artırmaq üçün uzunmüddətli öhdəlikləri ortaq qəbul edirlər. Onlar yüksək səviyyəli qarşılıqlı fəaliyyətin davamlı impulsuna sadiq qalacaq və qarşılıqlı maraq doğuran ikitərəfli, regional və beynəlxalq məsələlər üzrə koordinasiyanı dərinləşdirəcəklər.
İştirakçılar təlim, potensialın artırılması və qarşılıqlı fəaliyyətə yönəlmiş müdafiə əməkdaşlığını inkişaf etdirəcək və qarşılıqlı maraq doğuran sahələrdə birgə təşəbbüslər də daxil olmaqla müdafiə sənayesi əməkdaşlığını gücləndirmək imkanlarını araşdıracaqlar.
Onlar artan təhlükəsizlik çağırışlarına və təhdidlərinə cavab olaraq geniş spektrli təhlükəsizlik prioritetləri üzrə əməkdaşlığı gücləndirəcəklər.
Bundan əlavə, İştirakçılar qanunun aliliyini və institusional dayanıqlılığı gücləndirmək üçün hüquq-mühafizə orqanları arasında gücləndirilmiş tərəfdaşlıq və sərhəd idarəçiliyi, eləcə də məhkəmə və hüquqi əməkdaşlığını formalaşdıracaqlar.
Onlar həmçinin maraqların uzlaşdığı çoxtərəfli platformalarda beynəlxalq sülhə və təhlükəsizliyə birgə töhfə verərək əməkdaşlıq etmək niyyətlərini təsdiqləyirlər.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



































































































