"Gəncə Avtomobil Zavodu"nda ötən il nə qədər texnika istehsal olunub?

Hazırda oxunan: "Gəncə Avtomobil Zavodu"nda ötən il nə qədər texnika istehsal olunub?
116157
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

"Gəncə Avtomobil Zavodu" İstehsalat Birliyində 2022-ci ildə əmtəəlik məhsul istehsalı 78 milyon manat təşkil edib. Bu da 2021-ci il ilə müqayisədə 1,8 dəfə çoxdur. 

Bu barədə Bizim.Media-nın yerli bürosuna zavodun mətbuat xidmətindən verilən məlumatda bildirilir. 

Məlumatda qeyd olunur ki, ötən il 588 ədəd müxtəlif model traktor, 140 URAL markalı, 255 ədəd KAMAZ markalı yük avtomobilləri istehsal edilib. 

Hesabat dövründə zavodda 226 ədəd xüsusi təyinatlı qoşqu, 5 ədəd yarımqoşqu, 1 ədəd traktor qoşqusu yığılaraq təhvil verilib. Hazırda müəssisədə yığım xəttlərində işlər davam etdirilir. 

2022-ci ildə "Gəncə Avtomobil Zavodu" İstehsalat Birliyində orta aylıq əmək haqqı 144.8 manat artaraq 737 manat, işçilərin sayı isə 12 nəfər artaraq 507 nəfər təşkil edib.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO