Kişi ayrılmaq istəyən sevgilisini öldürdü – Keşlədəki dəhşətli qətlin TƏFƏRRÜATI – VİDEO

Kişi ayrılmaq istəyən sevgilisini öldürdü – Keşlədəki dəhşətli qətlin TƏFƏRRÜATI – VİDEO

Hazırda oxunan: Kişi ayrılmaq istəyən sevgilisini öldürdü – Keşlədəki dəhşətli qətlin TƏFƏRRÜATI – VİDEO

633483

Bakının Nizami rayonu Keşlə qəsəbəsində iki gün əvvəl dəhşətli qətl hadisəsi baş verib.

Bizim.Media APA TV-yə istinadən xəbər verir ki, 33 yaşlı E.Orucovun özünə və 35 yaşlı sevgilisi G.Cəbrayılovaya xəsarət yetirdiyi, nəticədə hər ikisinin öldüyü bildirilir.
 

Sakinlərin sözlərinə görə, onlar 4-5 ay qeyri-rəsmi nikahda yaşayıblar. Qadın münasibəti bitirmək istəyib, lakin bu, kişinin ürəyincə olmayıb və aralarında mübahisə yaranıb. Bu zaman E.Orucov qadının sinəsinə və qol nahiyəsinə bıçaq zərbələri endirib. G.Cəbrayılova aldığı zərbələrdən yerindəcə ölüb.


Daha sonra kişi özünə xasarətlər yetirib. Təcili yardım çağırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Məlumata görə, G.Cəbrayılovanın əvvəlki nikahından 2 övladı olub.

Hadisə ilə bağlı araşdırma aparılır.

Daha ətraflı süjetdə:


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO