Rusiyanın Stavropol diyarı və Moskva hədəf alındı: Neft bazası yanır – VİDEO

Rusiyanın Stavropol diyarı və Moskva hədəf alındı: Neft bazası yanır – VİDEO

Hazırda oxunan: Rusiyanın Stavropol diyarı və Moskva hədəf alındı: Neft bazası yanır – VİDEO

624914

Rusiyanın cənubunda və mərkəzi hissəsində hərbi gərginlik pik həddə çatıb. Stavropol diyarında iri neft bazası hücuma məruz qalıb, Moskva üzərində isə kütləvi dron hücumu qeydə alınır.

Bizim.Media xəbər verir ki, yerli mənbələrin məlumatına görə, Stavropol diyarında yerləşən neft bazasında güclü yanğın baş verib.

İlkin məlumatlara əsasən, hücum nəticəsində bir neçə yanacaq rezervuarı alovlanıb. Yanğının miqyası genişlənir və fövqəladə hallar xidmətləri əraziyə cəlb olunub.

Eyni vaxtda paytaxt Moskvaya qarşı da genişmiqyaslı dron hücumu həyata keçirilir.

Rusiya hava hücumundan müdafiə (PVO) sistemləri paytaxtın girişində və ətrafında havaya qalxan onlarla dronu zərərsizləşdirməyə çalışır.
 

Sosial şəbəkələrdə Moskvanın müxtəlif rayonlarında güclü partlayış səslərinin eşidildiyi və hava hücumundan müdafiə sistemlərinin aktiv işlədiyi barədə görüntülər yayılıb.


Hazırda hər iki regionda vəziyyət gərgin olaraq qalır. Rəsmi qurumlar hələlik hücumların nəticələri və tələfat barədə ətraflı məlumat verməyib.







Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO