Bərbərdəki tanışına balta ilə hücum çəkdi – ANBAAN VİDEO

Bərbərdəki tanışına balta ilə hücum çəkdi – ANBAAN VİDEO

Hazırda oxunan: Bərbərdəki tanışına balta ilə hücum çəkdi – ANBAAN VİDEO

611913

Türkiyənin Mersin vilayətində bərbər dükanında qanlı hadisə baş verib.

Bizim.Media Türkiyə KİV-ə istinadla xəbər verir ki, 58 yaşlı T.T. saç qırxdırdığı zaman aralarında ədavət olan 43 yaşlı S.Ü. əlində mətbəx baltası ilə obyektə daxil olaraq ona hücum edib. Hücum nəticəsində T.T. baş nahiyəsindən xəsarət alıb.

Qan içində qalan T.T. özünü qorumaq məqsədilə dükandan kəsər götürərək qarşı tərəfə müqavimət göstərib. 
 

Hadisə yerinə çağırılan təcili tibbi yardım briqadaları yaralıları xəstəxanaya çatdırıb. Həyati təhlükəsi olmadığı bildirilən S.Ü. müalicədən sonra polis tərəfindən saxlanılıb.


Məhkəməyə çıxarılan şübhəli barəsində həbs qətimkan tədbiri seçilib. Baş nahiyəsindən yaralanan T.T.-nin isə müalicəsinin davam etdiyi bildirilir.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO