Kuryerlərin haqqının azaldılması narazılığa səbəb olub - VİDEO

Kuryerlərin haqqının azaldılması narazılığa səbəb olub - VİDEO

Hazırda oxunan: Kuryerlərin haqqının azaldılması narazılığa səbəb olub - VİDEO

611649

Çatdırılma üçün kuryerlərə təyin edilən məbləğ azaldılıb.

Bu iddianı Binəqədi rayonu ərazisində fəaliyyət göstərən bir qrup kuryer "Xəzər Xəbər"ə şikayətində bildirib. 

Bizim.Media “xezerxeber.az”a istinadla xəbər verir ki, kuryerlər deyirlər ki, müqavilədə 1 kilometr üçün onlara çatdırılma haqqı olaraq 1 manat 70 qəpik təyin olunsa da, bu məbləğ bir neçə aydır, 1 manat 10 qəpiyə endirilib. Kuryerlərə isə bunun şirkət tərəfindən yox, sistem tərəfindən təyin olunduğu bildirilir. Bəzən müştərilərin götürmədiyi məhsul sifariş olunduğu yerə qaytarılır ki, bu da kuryerlərə daha da baha başa gəlir.

Kuryerlərin şikayəti bununla da bitmir. Onlar iddia edirlər ki, fəaliyyət göstərdikləri şirkət səbəbsiz yerə kuryerlərin hesablarını bloklayır, onların işləməsinə mane olur.

Kuryerlərin şikayəti ilə bağlı "Volt" şirkətinə müraciət etdik. Lakin şirkətin əməkdaşı olduğu bildirilən şəxs zənglərimizə cavab vermədi və "Məni narahat etməyin" mesajını yazdı. “Volt” Dəstək xidmətindən də cavab almaq mümkün olmadı.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO