Sabiq xarici işlər naziri Vilayət Quliyev illər əvvəl ailəsində baş verən ağır itkidən bəhs edib.
Bizim.Media xəbər verir ki, o, RTV-də Ruhiyyə Əliyevanın təqdimatında yayımlanan “Qaranlıqda həqiqət” verilişində qızı Humayın gənc yaşda vəfatının həyatında dərin iz buraxdığını bildirib.
Onun sözlərinə görə, bəzən bu hadisəyə görə özünü günahkar hiss edir:
“Bəlkə yanımızda otursaydı… yəni bir valideyn kimi ona deməsəydi ki, xaricdə ən yaxşı ali məktəbdə təhsil al, ürəyin istəyən işlə məşğul ol... Bilmirəm. Hər halda, çox ağırdır yəni”.
Vilayət Quliyev qeyd edib ki, qızının xatirəsini yaşatmaq üçün ailəsi tərəfindən xüsusi fond yaradılıb. Fond istedadlı gənclərə dəstək göstərir və təhsil sahəsində müxtəlif layihələr həyata keçirir.
Bizim.Media







































































































