“Sırğa”sı olmayan heyvanlar bazara buraxılmayacaq - VİDEO

“Sırğa”sı olmayan heyvanlar bazara buraxılmayacaq - VİDEO

Hazırda oxunan: “Sırğa”sı olmayan heyvanlar bazara buraxılmayacaq - VİDEO
610241
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Heyvan bazarlarında sərt qaydalar tətbiq ediləcək. Bəzi heyvanlar bazara buraxılmayacaq.

Bizim.Media “xezerxeber.az” istinadla xəbər verir ki, Qida Təhlükəsizliyi İnstitutunun identifikasiya və izlənilmmə mərkəzinin direktoru Yavər Məmmədov deyir ki, heyvan bazarları yoluxucu xəstəliklərin ən sürətlə yayıla biləcəyi risk zonaları hesab olunur.
 

Məhz bu səbəbdən bir müddət əvvəl dayandırılan bazar fəaliyyətləri, artıq "Heyvan bazarlarına dair baytarlıq-sanitariya norma və qaydaları"nın tələblərinə uyğun olaraq bərpa edilib.


Yavər Məmmədov bildirib ki, identifikasiya heyvan oğurluğunun qarşısını alan ən güclü hüquqi sübutdur.

Hazırda ölkə üzrə 972 min baş heyvan artıq identikləşdirilib. Bu heyvanların peyvəndindən tutmuş, mülkiyyətçisinə qədər bütün məlumatları bazada olması yer alıb.

Qeyd olunub ki, bazara gətirilməzdən əvvəl hər bir heyvanın identifikasiyası mütləq təmin olunmalıdır. Əks halda, yaxın gələcəkdə həmin heyvanların satış zonasına daxil olması qeyri-mümkün olacaq.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO