Qusarın Yerği Kek kəndi ilə bağlı yayılan iddialar təkzib olundu – VİDEO/FOTO

Qusarın Yerği Kek kəndi ilə bağlı yayılan iddialar təkzib olundu – VİDEO/FOTO

Hazırda oxunan: Qusarın Yerği Kek kəndi ilə bağlı yayılan iddialar təkzib olundu – VİDEO/FOTO
606836
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Qusar rayonunun Yerği Kek kəndində qeyri-sabit hava şəraitinin yaratdığı fəsadların aradan qaldırılması istiqamətində zəruri tədbirlər davam etdirilir.

Bizim.Media xəbər verir ki, son günlər bəzi media orqanlarında kənddə 3 metr hündürlüyündə qar yağması, ərazinin tam mühasirədə qalması və sakinlərin köməksiz vəziyyətdə olması ilə bağlı yayılan məlumatların reallığı əks etdirmədiyi, hadisələrin şişirdilmiş formada təqdim olunduğu bildirilib.

Qeyd olunub ki, rayon ərazisində son günlər müşahidə edilən qeyri-sabit hava şəraiti müəyyən çətinliklər yaratsa da, vəziyyət daim nəzarətdə saxlanılır.

Aidiyyəti qurumlar tərəfindən operativ tədbirlər görülür, əhalinin təhlükəsizliyinin təmin edilməsi və mümkün fəsadların aradan qaldırılması istiqamətində işlər aparılır.

Yağışlı və qarlı hava şəraiti ilə əlaqədar rayonun müxtəlif istiqamətlərində canlı qüvvə və xüsusi texnika səfərbər olunub, yolların açılması, eləcə də torpaq sürüşməsi baş vermiş ərazilərin bərpası həyata keçirilir.
 

Rayon İcra Hakimiyyətinin başçısı və məsul əməkdaşlar, eləcə də aidiyyəti qurumların rəhbərləri gecə saatlarında da ərazilərdə olaraq vəziyyəti yerində qiymətləndirib və sakinlərlə əlaqə saxlayıblar.


Hazırda Yerği Kek kəndinə gedən yolun açılması istiqamətində işlər davam etdirilir. Bəzi sahələrdə baş vermiş sürüşmələr aradan qaldırılıb, texnikalar qar örtüyü olan ərazilərdə təmizləmə işlərini davam etdirir.

Ümumilikdə kənddə vəziyyətin nəzarət altında olduğu, hər hansı ciddi təhlükənin qeydə alınmadığı vurğulanıb.

Sonda vətəndaşlara rəsmi məlumatlara istinad etmək və dəqiqləşdirilməmiş xəbərlərə inanmamaq tövsiyə olunub.



Qusarın Yerği Kek kəndi ilə bağlı yayılan iddialar təkzib olundu – VİDEO/FOTO - foto 1

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO