Naxçıvan Qarnizonu Qoşunlarında toplantılar keçirildi - VİDEO

Hazırda oxunan: Naxçıvan Qarnizonu Qoşunlarında toplantılar keçirildi - VİDEO

30396

“Naxçıvan Qarnizonu Qoşunlarının 2021-ci tədris ilinə uzlaşma planı”na əsasən taqım komandirləri, bölük, batareya komandirləri və müavinləri ilə toplantılar keçirilib.

Bizim.Media xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən  məlumat verilib.

Məlumata görə, yeni tədris dövrünə hazırlıq planına uyğun olaraq keçirilən toplantılarda əsas diqqət zabitlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsinə və komandir keyfiyyətlərinin təkmilləşdirilməsinə yönəldilib.

Zabitlər müxtəlif ixtisaslar, o cümlədən taktiki-xüsusi və rabitə hazırlığı üzrə keçirilən praktiki məşğələlərdə iştirak ediblər.

Qarnizonun Təlim-Tədris Mərkəzində zabitlərə hərbi topoqrafiyadan, hüquq və mənəvi-psixoloji hazırlıqdan nəzəri dərslər keçirilib. Sonda zabitlərin keçirilən dərslər üzrə nəzəri bilikləri və fiziki hazırlıq səviyyələri yoxlanılıb.

Toplantıların yekununda qarşıya qoyulmuş məqsədlərə nail olunduğu vurğulanaraq hər bir zabitə fərdi tapşırıqlar və yeni tədris dövrünə hazırlıq üzrə göstərişlər verilib.

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO