Bakı–Şamaxı yolunda avtomobilin təkəri partladı - XƏSARƏT ALAN VAR - VİDEO

Bakı–Şamaxı yolunda avtomobilin təkəri partladı - XƏSARƏT ALAN VAR - VİDEO

Hazırda oxunan: Bakı–Şamaxı yolunda avtomobilin təkəri partladı - XƏSARƏT ALAN VAR - VİDEO
274007
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bakı–Şamaxı yolunda "Hyundai" markalı avtomobil hərəkətdə olan zaman təkərlərdən birinin partlaması nəticəsində sürücü idarəetməni itirərək piyadanı vurub.

Bu barədə Bizim.Media-ya Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib.

Hadisə bu gün səhər saat 06:30 radələrində Bakı–Şamaxı avtomobil yolunun 21-ci kilometrliyində qeydə alınıb.

Yol qəzası nəticəsində piyada xəsarət alıb.

Baş Dövlət Yol Polisi İdarəsi bildirir ki, dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq, bəzi sürücülər yenə də nəqliyyat vasitələrinin texniki sazlığına, xüsusilə də təkərlərin vəziyyətinə yetərincə diqqət yetirmir və belə laqeyd yanaşma sonda qəzaların baş verməsini qaçılmaz edir.
 

İdarə bir daha diqqətə çatdırır ki, təkərlərdə protektorun normadan artıq aşınması, təzyiqin düzgün olmaması və ya digər texniki nasazlıqlar hərəkət zamanı idarəetmənin itirilməsi və ağır yol-nəqliyyat hadisələrinin baş verməsi ilə nəticələnir.


Bu səbəbdən avtomobillərin saz vəziyyətdə saxlanılması yalnız qayda deyil, həm də yol hərəkətində təhlükəsizliyin əsas təminatıdır.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO