Tramp Dudanı 1.5 saat qapıda gözlətdi: 10 dəqiqəlik görüş üçün - VİDEO

Tramp Dudanı 1.5 saat qapıda gözlətdi: 10 dəqiqəlik görüş üçün - VİDEO

Hazırda oxunan: Tramp Dudanı 1.5 saat qapıda gözlətdi: 10 dəqiqəlik görüş üçün - VİDEO
236286
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

ABŞ prezidenti Donald Tramp Polşa prezidenti Anjey Dudanı Ağ Evdə 10 dəqiqəlik planlaşdırılmış görüş üçün 1,5 saat qapıda gözlədib.

Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, görüşdən əvvəl Ağ Evin təhlükəsizlik kameraları tərəfindən qeydə alınan görüntülər Polşa ictimaiyyətində geniş rezonans doğurub. 

Bəzi dairələr bu anları "faciəvi" hal kimi qiymətləndirib və ölkənin imicinə zərbə vurduğunu iddia ediblər. Eyni zamanda, Duda ölkə daxilində sərt tənqidlərə məruz qalıb.
 

Buna baxmayaraq, Ağ Evin rəsmi X sosial media hesabında yayımlanan açıqlamada Tramp və Dudanın ABŞ ilə Polşa arasında mövcud olan "sıx ittifaq"ı bir daha təsdiqlədiyi vurğulanıb.


Tramp görüş zamanı Anjey Dudanı "böyük insan və böyük dost" kimi xarakterizə edib və onu Polşanın müdafiə xərclərini artırdığı üçün tərifləyib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO