Sərxoş halda maşın sürən şəxs həbs edildi – VİDEO

Sərxoş halda maşın sürən şəxs həbs edildi – VİDEO

Hazırda oxunan: Sərxoş halda maşın sürən şəxs həbs edildi – VİDEO
230406
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bakı-Qazax avtomobil yolunun Ağdaş rayonu ərazisindən keçən hissəsində rayon sakini Vahid Xaspoladov idarə etdiyi “VAZ” markalı avtomobillə qayda pozuntusuna yol verdiyi üçün YPX Alayının 8-ci taqımının əməkdaşları tərəfindən saxlanılıb. 

Bizim.Media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb. 

Bildirilib ki, araşdırma zamanı həmin şəxsin avtomobili idarə etmək hüququnun olmaması, eləcə də alkoqollu içki qəbul etməsi müəyyən olunduğundan o, tibbi müayinədən keçməyə dəvət edilib.

Lakin, V.Xaspoladov məsuliyyətdən yayınmaq məqsədilə polisə tabesizlik göstərib, avtomobilini yandıracağı hədəsiylə süni gərginlik yaratmağa calışıb. 
 

Törətdiyi əməllərlə bağlı müvafiq sənədləşdirmə aparılaraq ərazi polis orqanına təhvil verilən V.Xaspoladov məhkəmənin qərarı ilə 15 gün müddətinə inzibati qaydada həbs edilib. 


Baş Dövlət Yol Polisi İdarəsi qanunsuz hərəkətlərə yol verən şəxslərin məsuliyyətdən yayınmaq cəhdlərinin əbəs və hüquqazidd olduğunu bir daha xatırladır və belə hallara qarşı daha kəsərli tədbirlərin görüləcəyini bildirib. 



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO