Mopedlərin cərimə meydançasına aparıldığı iddia olunur - VİDEO

Mopedlərin cərimə meydançasına aparıldığı iddia olunur - VİDEO

Hazırda oxunan: Mopedlərin cərimə meydançasına aparıldığı iddia olunur - VİDEO
216234
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Heç bir səbəb göstərilmədən mopedlərin cərimə meydançasına aparıldığı iddia olunur.

Bizim.Media xəbər verir ki, "Xəzər Xəbər"in qaynar xəttinə müraciət edən bəzi moped sürücüləri iddia edirlər ki, son bir neçə gündür, onlara məxsus mopedlər cərimə meydançasına aparılır. 

Onlar həmçinin bütün sənədlərinin qaydasında olduğunu da bildirirlər.
 

Xezerxeber.az-ın məlumatına görə, sürücülər həmçinin iddia edirlər ki, maksimal sürət həddi 45 km, eyni zamanda mühərriklərinin həcmi 49 sm3 olan mopedlərin idarə olunması üçün sürücülük vəsiqələri tələb edilmir. Lakin onlara bu vəsiqələrin olmaması əsas gətirilərək nəqliyyat vasitələri cərimə meydançasına aparılıb.


Məsələ ilə bağlı isə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinə müraciət etdik. İdarədən "Xəzər Xəbər"ə bildirildi ki, bu sürücülərlə bağlı müraciət qeydə alınıb və araşdırma aparılır.

Mövzu ilə bağlı daha ətraflı Xezerxeber.az-ın videomaterialında: 



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO