Abşeronda su borusu partladı: Əhali çarəsiz qaldı - VİDEO

Abşeronda su borusu partladı: Əhali çarəsiz qaldı - VİDEO

Hazırda oxunan: Abşeronda su borusu partladı: Əhali çarəsiz qaldı - VİDEO
208872
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Abşeron rayonunun Saray qəsəbəsi, İlqar Hüseynov küçəsində diametri 110 millimetrlik olan boru partlayıb.

Bizim.Media xəbər verir ki, nəticədə içməli su küçəyə axır. Sakinlərin sözlərinə görə, illərdir sözügedən problemdən əziyyət çəkirlər.
 

"Üç gündən bir suyumuz kəsilir. Qırx ailəyik, susuz qalmışıq. Hər dəfə müvafiq qurumlara şikayət edirik, heç kim gəlib baxmır, bir əncam çəkmirlər", - deyə qəsəbə sakini narazılığını bildirib.


İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən verilən məlumata görə, Abşeron rayonunun Saray qəsəbəsi, İlqar Hüseynov küçəsində sakinlərin primitiv üsulla pərakəndə şəkildə çəkdiyi su xəttində axıntı olub.

Rayonun Sukanal İdarəsinin qəza briqadası hadisə yerindədir və borunun qəzalı hissəsinin dəyişdirilməsi istiqamətində işlər görülür.

Ətraflı Baku TV-nin süjetində:



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO