Maşının salonunu sərin saxlamaq üçün qapıları açıq qoydu, avtomobili qaçırıldı – ANBAAN VİDEO 

Maşının salonunu sərin saxlamaq üçün qapıları açıq qoydu, avtomobili qaçırıldı – ANBAAN VİDEO 

Hazırda oxunan: Maşının salonunu sərin saxlamaq üçün qapıları açıq qoydu, avtomobili qaçırıldı – ANBAAN VİDEO 
196614
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Xətai rayonu Sarayevo küçəsindən Bakı şəhər sakini olan bir nəfərin “Mercedes” markalı avtomobili qaçırılıb. Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə hadisəni törətmiş əvvəllər məhkum olunmuş 1975-ci il təvəllüdlü Şakir İbrahimov avtomobillə birgə saxlanılıb. 

Bizim.Media xəbər verir ki, avtomobilin sahibi maşının salonunu sərin olması üçün kondisioneri işlək vəziyyətdə saxlayıb.

Sahibinin nəqliyyat vasitəsini tərk edən zaman qapıların açıq qaldığını müşahidə edən Ş.İbrahimov avtomobili qaçıraraq həmin ünvandan uzaqlaşıb. 

İdarə əməkdaşları tərəfindən həyata keçirilən daha bir tədbir zamanı rayon ərazisində evlərdən birinə açıq qalmış pəncərədən daxil olaraq mənzil sahibinə qarşı soyğunçuluq edən 1998-ci il təvəllüdlü İsa  Nəsirov saxlanılıb. O, hadisə zamanı zərərçəkənin pulunu və bank kartını ələ keçirib. 
Hər iki faktla bağlı araşdırmalar davam etdirilir. Ş.İbrahimov və İ.Nəsirovun əməllərindən zərərçəkən başqa şəxslər varsa bu barədə polisə məlumat verə bilərlər. 
 


Maşının salonunu sərin saxlamaq üçün qapıları açıq qoydu, avtomobili qaçırıldı – ANBAAN VİDEO  - foto 1

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO