Salyanda ilanlar peyda oldu – VİDEO  

Salyanda ilanlar peyda oldu – VİDEO  

Hazırda oxunan: Salyanda ilanlar peyda oldu – VİDEO  

190720

Salyanın Noxudlu-Xurşudlu qışlağında görünməmiş sayda ilanlar peyda olub. 

Bu haqda Bizim.Media-ya qışlaqda fəaliyyət göstərən çobanlar məlumat verib. 

Kifayət qədər böyük qışlaqda maldarlıqla məşğul olanlar ilanların gürzə növündən olduğunu söyləyirlər.

Onların sözlərinə görə, heç vaxt bu ərazidə ilanlar bu sayda və bu açıqlıqda hərəkət etməyiblər. Hazırda maldarlar, o cümlədən yaxın ərazidə əkinçilklə məşğul olanlar ilanlarla qəfil qarşılaşmamaq üçün ehtiyatla hərəkət edirlər. 
Maldarların sözlərinə görə, qışlaqda onlarla iri təsərrüfat var. Həm mal-qara, həm də insanlar üçün iri gürzələrlə qarşılaşmaq problem yarada bilər. Yerli maldarlar gürzələrin bu qədər çoxsaylı şəkildə üzə çıxmasını tam izah edə bilməsələr də, hələlik bunu qışlaqdan keçən su kanalında aparılan hansısa qazıntılarla əlaqələndirirlər. 
 


Sabutay Nağıyev, Bizim.Media, Cənub bürosu

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO