"Sevgi Parkı" genişlənir: Evlər plana düşdü - VİDEO

Hazırda oxunan: "Sevgi Parkı" genişlənir: Evlər plana düşdü - VİDEO

189360

Paytaxtın bir neçə küçəsində söküntü işləri aparılacaq.

Bizim.Media xəbər verir ki, Kamandar Əhmədov və Həmid Abbasbəyli küçələrində də yeni layihənin icarsı ilə əlaqədər evlər plana düşüb.

Bu barədə sakinlər danışıblar. Onların sözlərinə görə, söküntü ilə bağlı hazırlıq işlərinə də başlanıb.

Sakinlər deyirlər ki, söküntü işləri zamanı ödəniləcək kompensasiyanın məbləği ilə bağlı hələ onlarla danışıq aparılmayıb.
Xətai Rayon İcra Hakimiyyətindən bildirilib ki, söküntü ilə əlaqədar sözügedən ərazilərdəki həyətyanı sahələrdə artıq ölçmə işləri aparılıb.

Həmin küçələrdə yaşayan sakinlər digər ərazilərə köçürüləcək. Layihəyə əsasən, ərazinin yaxınlığında yerləşən "Sevgi Parkı"nın genişləndirilməsi nəzərdə tutulur.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
 


Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO