Putin: “Vaxtilə Rusiya Qərbə qoşulmağa can atırdı, lakin…” - VİDEO

Putin: “Vaxtilə Rusiya Qərbə qoşulmağa can atırdı, lakin…” - VİDEO

Hazırda oxunan: Putin: “Vaxtilə Rusiya Qərbə qoşulmağa can atırdı, lakin…” - VİDEO

181454

“Bu günədək hər kəs Qərbə qoşulmağa can atırdı. Hətta Rusiya da vaxtilə bunu istəyirdi. Bir zamanlar biz də “Yeddilik” və “Səkkizlik” ölkələri sırasında olmaq istəyirdik”.

Bizim.Media xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Ümumdünya Gənclər Festivalının iştirakçıları ilə görüşündə deyib.

O bildirib ki, hazırda Rusiyanın Qərbə qoşulmaq kimi planları yoxdur:

“Sonra biz başa düşdük ki, bunun heç bir mənası yoxdur. Çünki orada heç kim bizim maraqlarımızı nəzərə almır”.
Putin bildirib ki, tərəfdaşlarının siyasi maraqlarını nəzərə almamaq Qərbin ən böyük problemi və səhvidir.

ABŞ siyasətini şərh edərkən Rusiya lideri bildirib ki, dünyanı bir mərkəzdən idarə etmək onun təməlini sarsıdır, bu yanlış siyasətdir:

“ABŞ özü cini şüşədən çıxarır, əgər özü buna şərait yaradırsa, o zaman niyə digər ölkələr öz maraqlarını hərbi əməliyyatlarla qoruya bilmirlər?

ABŞ super gücdür, bu, aşkar faktdır, lakin ölkələrin böyük əksəriyyəti ABŞ-ın monopoliyasını, o cümlədən müttəfiqlərini bəyənmirlər”
 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO