Bakıda evdən 40 minlik saat oğurlandı – FOTO/VİDEO 

Bakıda evdən 40 minlik saat oğurlandı – FOTO/VİDEO 

Hazırda oxunan: Bakıda evdən 40 minlik saat oğurlandı – FOTO/VİDEO 
176656
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bakıda evdən 40 min manatlıq saat oğurlayan şəxs saxlanılıb. 

Bizim.Media xəbər verir ki, bu barədə Daxili işlər Nazirliyi (DİN) məlumat yayıb. 

Bildirilib ki, Bakı Şəhər Baş Polis İdarəsi və Suraxanı RPİ-nin 33-cü Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində Zığ qəsəbəsində yerləşən evlərdən birindən 6 min manat dəyərində qızıl və 40 min manat dəyərində “Rolex” markalı qol saatı oğurlayan Qax rayon sakini, əvvəllər məhkum olunmuş 1971-ci il təvəllüdlü Hafiz Qocayev saxlanılıb. 
Həmin şəxsdən əlavə olaraq 405 qram narkotik vasitə marixuana da aşkar edilərək götürülüb. 

Həmçinin, Suraxanı RPİ-nin 33-cü PB-nın əməkdaşları tərəfindən son günlər aparılan profilaktik tədbirlər zamanı ümumilikdə 8 ədəd müvafiq sənədləri olmayan silah könüllü polisə təhvil verilib, müxtəlif şəxslərdən əməliyyat yolu ilə 2 ədəd odlu silah aşkar olunub, 14 fakt üzrə 3 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb. 
 


Bakıda evdən 40 minlik saat oğurlandı – FOTO/VİDEO  - foto 1

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO