Almaniya televiziyası Laçın yolu ilə bağlı erməni yalanlarını İFŞA ETDİ – VİDEO  

Almaniya televiziyası Laçın yolu ilə bağlı erməni yalanlarını İFŞA ETDİ – VİDEO  

Hazırda oxunan: Almaniya televiziyası Laçın yolu ilə bağlı erməni yalanlarını İFŞA ETDİ – VİDEO  

153153

Almaniyanın tanınmış TV Berlin kanalı Laçın yolu ətrafında baş verən son hadisələrə dair reportaj yayımlayıb.  

Bizim.Media xəbər verir ki, reportajda Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev ilə müsahibə də yer alıb.  

N.Ağayev müsahibəsində bəzi Almaniya KİV-lərinin Laçın yolunda guya "blokadanın davam etməsi", eləcə də Qarabağın erməni əhalisi yaşayan hissəsində "humanitar vəziyyətin pisləşməsi" ilə bağlı əsassız iddialarına cavab verib.  

Qeyd edib ki, “Laçın dəhlizi” kimi təqdim olunan nəqliyyat yolu əslində 44 günlük müharibədən sonra Azərbaycanın özü tərəfindən, xoş məram nümayişi olaraq Qarabağın erməni əhalisinin istifadəsi üçün tikilib və istifadəyə verilib: 

“Ermənistan isə bu yoldan Qarabağın erməni əhalisi yaşayan hissəsinə əsgərlər, silah-sursat və minaların daşınması üçün sui-istifadə edib. Nəticədə Azərbaycan həmin yol üzərində sərhəd-buraxılış məntəqəsi təsis edib. Bundan sonra ermənilər bu yoldan sərbəst şəkildə istifadə ediblər. Ancaq 15 iyunda Ermənistan Azərbaycana qarşı təxribata əl ataraq, sərhəd-buraxılış məntəqəsinə hücum təşkil edib və bu səbəbdən həmin yoldan istifadə bir müddətlik məhdudlaşdırılıb”.  

Səfir vurğulayıb ki, Azərbaycan Ağdam-Xankəndi yolunun açılmasını və bu yol vasitəsilə Qarabağın erməni əhalisinin qida təchizatının həyata keçirilməsini təklif edib. Erməni tərəfi isə sözügedən yolun açılmasından israrla imtina edərək, həmin yolda beton maneələr quraşdırıb. 
Səfir mühasibəsində həmçinin bildirib ki, Ermənistan 1990-cı illərin əvvəllərində Azərbaycan ərazisinin 20 %-ini işğal edib, azərbaycanlılara qarşı etnik təmizləmə və əsl soyqırımı törədib, nəticədə 1 milyondan artıq azərbaycanlı öz yurd-yuvasından didərgin salınıb, 7 şəhər və 900 kənd yerlə-yeksan edilib, orada 1 milyondan çox mina basdırılıb. O, hazırda azad edilmiş ərazilərdə genişmiqyaslı quruculuq işlərinin aparıldığını, keçmiş məcburi köçkünlərin öz şəhər və kəndlərinə geri dönməyə başladıqlarını qeyd edib.  

N.Ağayev Azərbaycanın xalqlar arasında sülhün bərqərar olunması naminə Ermənistanla münasibətlərdə yeni səhifənin açılmasına hazır olduğunu vurğulayıb.

Diqqətə çatdırıb ki, bunun üçün Ermənistan Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə xələl gətirən hərəkətlərinə son qoymalı, qanunsuz silahlı birləşmələrini tam şəkildə Azərbaycanın suveren ərazisindən çıxarmalı, Qarabağın erməni əhalisinin re-inteqrasiya prosesinə mane olmamalı və Azərbaycanla sülh danışıqlarında fəal iştirak etməlidir. 
 


Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO