Xınalıq ərazisinə ötən gecə dolu düşdü - VİDEO

Xınalıq ərazisinə ötən gecə dolu düşdü - VİDEO

Hazırda oxunan: Xınalıq ərazisinə ötən gecə dolu düşdü - VİDEO

151583

Qubanın dağlıq Xınalıq ərazisinə ötən gecə yenə  dolu düşüb. Bir gün əvvəl düşən dolu fəsadlar törədib. Xatırladaq ki, Xınalıq yolunun 36-cı km-dən 42-ci km-dək olan hissəsində iki gün öncə selin törətdiyi fəsadlar hələ aradan qaldırılmayıb.

Quba 5 saylı yol istismar idarəsinin sahə rəisi Bilal Sultanovun Bizim.Media-ya verdiyi məlumata görə, selin dağıtdığı 2 su ötürücü bərpa edilib.

Digər bərpa işləri qarşıdakı 2-3 gün  ərzində davam etdiriləcək.

Bilal Sultanov görülən operativ işlər nəticəsində Quba-Xınalıq yolunun 36-42 km hissəsində nəqliyyat vasitələri üçün açıldığını deyib.
 

 

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO