Ukraynada oxumuş azərbaycanlı gənclər ölkəyə humanitar yardım GÖNDƏRDİ – FOTO/VİDEO 

Ukraynada oxumuş azərbaycanlı gənclər ölkəyə humanitar yardım GÖNDƏRDİ – FOTO/VİDEO 

Hazırda oxunan: Ukraynada oxumuş azərbaycanlı gənclər ölkəyə humanitar yardım GÖNDƏRDİ – FOTO/VİDEO 
109628
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Ukraynada yerləşən Kiyev Milli İnşaat və Memarlıq Universitetinin azərbaycanlı məzunları ölkəyə humanitar yardım göndəriblər. 

Bizim.Media xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski şəxsi "Facebook" hesabında məlumat verib. 

“Ölkəmizin enerji təchizatı obyektlərinin Rusiya qoşunları tərəfindən davamlı atəşə tutulması şəraitində Kiyev Milli İnşaat və Memarlıq Universitetinin azərbaycanlı məzunları Ukraynanın Azərbaycandakı Səfirliyinin köməyi ilə doğma “Alma mater”ə son dərəcə mühüm humanitar yardım – generatorlar göndəriblər.  
Layihə Ukraynanın əsl dostu, eyni zamanda, adıçəkilən ali təhsil müəssisəsinin Fəxri doktoru İqbal Babayevin təşəbbüsü və şəxsi iştirakı ilə həyata keçirilib. 

Təşəkkürlər, dostlar! Birlikdə dayanacağıq! Birlikdə qalib gələcəyik!”, - deyə ukraynalı diplomat qeyd edib. 

Bizim.Media
 


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO