Azərbaycan Beynəlxalq İncəsənət Sərgisində təmsil olunur – FOTO 

Azərbaycan Beynəlxalq İncəsənət Sərgisində təmsil olunur – FOTO 

Hazırda oxunan: Azərbaycan Beynəlxalq İncəsənət Sərgisində təmsil olunur – FOTO 

80097

Azərbaycan Heydər Əliyev Fondunun təşkilatçılığı ilə 59-cu Venesiya Biennalesində – Beynəlxalq İncəsənət Sərgisində təmsil olunur.

Fonddan Bizim.Media-ya verilən xəbərə görə, biennaledə ölkəmiz “Sevmək üçün doğulanlar” (“Born to love”) mövzusundakı milli pavilyonla iştirak edir.

Şəhərin ən izdihamlı məkanlarından birində - Müqəddəs Mark Meydanındakı qədim “Procuratie Vecchie” binasında Azərbaycandan olan 7 rəssam - Juk (Nərmin İsrafilova), İnfinity, Ramina Səadatxan, Fidan Kim (Novruzova), Fidan Axundova, Sabiha Xankişiyeva, Əqdəs Bağırzadənin əsərləri təqdim edilir.

Milli pavilyonda müasir incəsənət üzrə 7 rəssam müasir texnika və üsullarla mövzu üzrə ideyalarını, eyni zamanda, ölkəmizin zəngin mədəni və tarixi xüsusiyyətlərini izləyicilərə çatdırır.

Venesiyadakı Azərbaycan pavilyonu noyabrın 27-dək açıq olacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO