Bakıda Müslüm Maqomayevin heykəli hazırlanır - Dənizkənarı Milli Parkda ucaldılacaq

Bakıda Müslüm Maqomayevin heykəli hazırlanır - Dənizkənarı Milli Parkda ucaldılacaq

Hazırda oxunan: Bakıda Müslüm Maqomayevin heykəli hazırlanır - Dənizkənarı Milli Parkda ucaldılacaq
73564
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov dünya şöhrətli müğənni və bəstəkar, SSRİ Xalq artisti Müslim Maqomayevin heykəlinin ucaldılması prosesinin uzanmasına münasibət bildirilib.

Bizim.Media xəbər verir ki, o, Fəxri Xiyabanda Heydər Əliyevin məzarını ziyarət etdikdən sonra mətbuat nümayəndələrinə açıqlamasında bildirib ki, korifey sənətkarın heykəlinin ucaldılması ilə bağlı müsabiqə keçirilib.

"Heykəl Heydər Əliyev Fondu tərəfindən hazırlanır. Heykəlin tam hazır olduğunu demək çətindir. Heykəl tam hazır olanda icatimaiyyətə təqdim ediləcək", - E.Əzizov vurğulayıb.

Xatırladaq ki, Müslüm Maqomayevin heykəli Xalq rəssamı Ömər Eldarov tərəfindən hazırlanır. Heykəl Dənizkənarı Milli Parkda ucaldılacaq.

Qeyd edək ki, Prezident İlham Əliyev Müslüm Maqomayevin abidəsinin ucaldılması haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Bakı şəhərində görkəmli sənətkar Müslüm Maqomayevin abidəsi ucaldılacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO