Musa Yaqubun abidəsinin açılışı oldu - FOTO

Musa Yaqubun abidəsinin açılışı oldu - FOTO

Hazırda oxunan: Musa Yaqubun abidəsinin açılışı oldu - FOTO

73203

Bu gün İsmayıllı rayonunun Buynuz kəndinin qəbristanlığında dahi Xalq şairi Musa Yaqubun qəbirüstü abidəsinin açılış mərasimi keçirilib. 

Bizim.Media xəbər verir ki, mərasimdə rəsmi şəxslər, ədəbiyyat, elm və incəsənət xadimləri, mərhumun ailə üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. 

Çıxış edənlər M.Yaqubla bağlı xatirələrini bölüşüblər, yaradıcılığı barədə danışıblar. Abidəni Xalq rəssamı, heykəltəraş Natiq Əliyev hazırlayıb. 

Qeyd edək ki, bu gün şairin ölümündən bir il ötür. M.Yaqub mayın 7-də İsmayıllı rayonunun Buynuz kəndində yaşadığı evdə dünyasını dəyişib. O, kənd qəbristanlığında, həyat yoldaşının yanında torpağa tapşırılıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO