Şair İmran Güllübulaqlının kitabları təqdim olundu - FOTO

Şair İmran Güllübulaqlının kitabları təqdim olundu - FOTO

Hazırda oxunan: Şair İmran Güllübulaqlının kitabları təqdim olundu - FOTO

614817

Bu gün baş tutan VI Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı çərçivəsində şair İmran Güllübulaqlı oxucularla görüşüb və kitablarının təqdimatını keçirib.

Bizim.Media xəbər verir ki, Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Qızıl qələm” mükafatçısı olan müəllifin 10 kitabı işıq üzü görüb.
 

MÖVZU İLƏ BAĞLI:

Şair Aytəkin Mehmanqızının kitablarının təqdimatı keçirildi


Şairin kitablarından biri hekayələrdən, biri isə 44 günlük Vətən müharibəsində şəhid olan qəhrəmanlara və qazilərə həsr edilən publisistik yazı və hekayələrdən ibarətdir. Digər kitabları isə əsasən şeir yaradıcılığını əhatə edir.

İ. Güllübulaqlı yaradıcılığında heca vəznindən istifadə edərək qoşma, gəraylı və təmsil janrlarına üstünlük verir.

Onun əsərlərində müxtəlif mövzular, o cümlədən vətənpərvərlik, insan duyğuları və milli-mənəvi dəyərlər yer alır.

İmran Güllübulaqlı Qırğızıstan Yazarlar Birliyi tərəfindən “Çingiz Aytmatov” adına mükafata layiq görülüb.

Bildirilib ki, müəllifin kitabları özbək, qazax və qırğız dillərinə tərcümə olunub. O, həmçinin özbək dilindən Azərbaycan dilinə 180-ə yaxın şeir tərcümə edib.

Qeyd edək ki, festival 22-26 may tarixlərində AMEA parkında Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi, Milli Məclisin Mədəniyyət Komitəsi, Bakı şəhər İcra Hakimiyyəti, Azərbaycan Milli Elmlər Akademiyası, Beynəlxalq Türk Akademiyası, TÜRKSOY, TİKA, YTB, Yunus Əmrə İnstitutu, ANAİB, İLESAM, DGTYB, İnam Mühafizə şirkəti, Mədəniyyət kanalı və Bizim.Media informasiya agentliyinin təşkilati dəstəyi ilə həyata keçirilir.

Festivalın ilk günü Azərbaycan-Türkiyə günü olaraq adlandırılıb.


Xədicə Paşayeva, İntiqam İbrahimov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO