Yaşar Nurinin şəxsi əşyaları muzeyə təhvil verildi - FOTO

Yaşar Nurinin şəxsi əşyaları muzeyə təhvil verildi - FOTO

Hazırda oxunan: Yaşar Nurinin şəxsi əşyaları muzeyə təhvil verildi - FOTO
60406
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları Xalq artisti Yaşar Nurinin vaxtilə yaşadığı evdə olublar.

Bizim.Media xəbər verir ki, bu barədə informasiya muzeydən verilib.

Bildirilib ki, Xalq artisti Yaşar Nurininin yaradıcılıq fəaliyyəti haqqında xanımı Rəhimə Nuriyeva ilə söhbətdən sonra aktyorun şəxsi əşyaları muzey əməkdaşlarına təqdim olunub.

Təqdim edilən materiallar arasında “Humay” mükafatı, “Simurq” Milli Mükafat Fondunun diplomu, Dövlət Dram Teatrının vəsiqəsi, Azərbaycan Respublikası Dövlət Teleradio Verilişləri Şirkətinin vəsiqəsi, yubiley dəvətnamələri, müxtəlif film və tamaşalarda rol aldığı səhnələrdən çəkilmiş şəkillər yer alır.

Görkəmli sənətkarın şəxsi əşyaları muzeyin Sənədli mənbələr elmi fond şöbəsinin müdiri Esmira Rəhimova və şöbənin əməkdaşı Nərmin Bağırova vasitəsilə muzeyə verilib.

Bizim.Media

Yaşar Nurinin şəxsi əşyaları muzeyə təhvil verildi - FOTO - foto 1
Yaşar Nurinin şəxsi əşyaları muzeyə təhvil verildi - FOTO - foto 2
Yaşar Nurinin şəxsi əşyaları muzeyə təhvil verildi - FOTO - foto 3

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO