Bu gün Hüseyn Cavidin anım günüdür

Bu gün Hüseyn Cavidin anım günüdür

Hazırda oxunan: Bu gün Hüseyn Cavidin anım günüdür

4390

Bu gün "Haqq verilmir, alınır" ideasının müəllifi , böyük ədib-Hüseyn Cavidin anım günüdür. 

Hüseyn Cavid 1882-ci ildə Naxçıvanın indiki Kəngərli Rayonunun Şahtaxtı kəndində ruhani ailəsində dünyaya göz açıb. İbtidai təhsilini Naxçıvanda molla məktəbində, orta təhsilini M.T.Sidqinin "Məktəbi-tərbiyə" adlı yeni üsullu məktəbində alıb.

1899-1903-cü illərdə Təbrizin "Talibiyyə" mədrəsəsində təhsilini davam etdirib. İstanbul Universitetinin ədəbiyyat şöbəsini bitirib (1909), Naxçıvanda, sonra isə Gəncə və Tiflisdə, 1915-ci ildən isə Bakıda müəllimlik edib.

O, XX əsr Azərbaycan mütərəqqi romantizminin banilərindən biri olub.

Peyğəmbər" (1922) və "Topal Teymur" (1925), "Səyavuş" (1933), "Xəyyam" (1935) kimi bir sıra tarixi dram əsərlərinin müəllifidir.

Milli romantik şeirin və mənzum faciənin banisi olan Cavid, Azərbaycan ədəbiyyatında romantizm ədəbi cərəyanının əsas nümayəndəsidir.

Bizlərə qələmi, bilgini, sevgini, mədəniyyəti silah kimi tanıdan, bəşəriyyətin yüksəlişini qadının gülüşündə görən Cavid Əfəndini Tanrı bildiyi gözəllik və sevgi ilə anırıq...

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO