Mehmandarovlar nəslinin nümayəndəsi bəyanat yaydı - FOTO

Mehmandarovlar nəslinin nümayəndəsi bəyanat yaydı - FOTO

Hazırda oxunan: Mehmandarovlar nəslinin nümayəndəsi bəyanat yaydı - FOTO
28312
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Son vaxtlar mətbuatda Mehmandarovlar nəslinin tarixində və Şuşa şəhərindəki məşhur evlə bağlı yanlışlıqlara yol verilir”.

Bu barədə Mehmandarov nəslinin nümayəndəsi, Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik orkestrinin dirijoru, Vyana konservatoriyasının məzunu Mustafa Mehmandarov yaydığı məlumatda bildirib.

Onun sözlərinə görə, tanınmış bəy nəsli olan Mehmandarovların Pənahəli xanla qohumluğu olub:

“Bu nəslin nümayəndələrindən biri - Sadıq bəy Mehmandarov vaxtı ilə Lənkərana köçür və orada Azərbaycanın ilk hərbi naziri, tanınmış general Səməd bəy Mehmandarov dünyaya gəlir. Səməd bəy Lənkəranda boya-başa çatıb, həyatının çox hissəsini Rusiyada yaşayaraq müxtəlif hərbi kompaniyalarda iştirak edib və artilleriya generalı rütbəsinədək yüksəlib. 

General Səməd bəy Mehmandarov Şuşada heç vaxt yaşamayıb və onun orada heç bir əmlakı olmayıb. Televiziya kanallarında tez-tez nümayiş etdirilən Şuşadakı məşhur ev Kərim bəy Mehmandarov və onun həyat yoldaşı İran şahzadəsi Zəri xanım Qacarın ailəsinə aid olub.

Kərim bəy Mehmandarov ali tibb təhsili alan ilk azərbaycanlılardan biri olub. O, həm də xalqımız qarşısında böyük xidmətləri olan “Difai” təşkilatının Qarabağ bölməsinin rəhbəri olub. O, qarabağlıların yaddaşında insanları təmənnasız müalicə edən və xalqı erməni təcavüzkarlarından qoruyan həkim kimi qalıb”. 

“Əlavə olaraq onu deyə bilərəm ki, onlar əmi oğlu kimi çox mehriban idilər və Səməd bəy Peterburqda təhsil alan zaman Kərim bəy Mehmandarovun kirayə götürdüyü evdə qalırdı.

Bu gün Mehmandarovların bütün nəsli Şuşanın işğaldan azad olunmasına görə Azərbaycan xalqının dahi oğlu cənab İlham Əliyevə çox minnətdardırlar, Kərim bəy Mehmandarovun evinin bərpasına başlanmasına görə Prezidentə və hörmətli Mehriban Əliyevaya dərin təşəkkürlərini bildirirlər”, - deyə o qeyd edib.

Bizim.Media

Mehmandarovlar nəslinin nümayəndəsi bəyanat yaydı - FOTO - foto 1

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO