Azərbaycan nümayəndə heyəti UNESCO-nun 9-cu Konfransında iştirak edib

Azərbaycan nümayəndə heyəti UNESCO-nun 9-cu Konfransında iştirak edib

Hazırda oxunan: Azərbaycan nümayəndə heyəti UNESCO-nun 9-cu Konfransında iştirak edib
140113
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Fransanın paytaxtı Parisdə UNESCO-nun “Mədəni özünüifadə müxtəlifliyinin qorunması və təşviqi haqqında” 2005-ci il Konvensiyasına Tərəf Ölkələrin 9-cu Konfransı başlayıb. 

Bu barədə Bizim.Media-ya Azərbaycanın Mədəniyyət Nazirliyindən məlumat verilib. 

Məlumata görə, sessiyanın əvvəlində çıxış edən ölkəmizin nümayəndə heyətinin rəhbəri, mədəniyyət nazirinin müavini Səadət Yusifova əvvəlcə Konvensiyaya yeni qoşulan ölkələri təbrik edərək, Katibliyin hesabatını şərh edib.

Ölkəmizin Konvensiyanın dəyər və prinsiplərinə sadiq olduğunu bildirən nazir müavini, sahənin inkişafı üçün Mədəniyyət Nazirliyi Aparatında xüsusi şöbənin fəalliyyət göstərdiyini qeyd edərək Azərbaycanda yaradıcı sənayelərin inkişafına artan dövlət dəstəyindən danışıb.

Xatırladaq ki, konfrans işini 7-8 iyunda davam etdirəcək. İki ildən bir keçirilən tədbirin gündəliyi çərçivəsində həmçinin, Komitənin 2022-2023-cü illər üzrə hesabatı, yaradıcı sənayelərin inkişafı istiqamətində işlər, dövri hesabatların nəzərdən keçirilməsi, hökumətlərarası Komitəyə seçkilərin keçirilməsi, 2024-2025-ci illər üçün Komitənin fəaliyyəti və gündəmdə olan digər mövzular müzakirə olunacaq. 
Konfransda Azərbaycan Respublikasının UNESCO yanında Daimi Nümayəndəliyi də iştirak edir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO