Kamillə Gülayın 10 yaşlı qızı “Gelandewagen” sürdü: “Xam deyil” - VİDEO

Kamillə Gülayın 10 yaşlı qızı “Gelandewagen” sürdü: “Xam deyil” - VİDEO

Hazırda oxunan: Kamillə Gülayın 10 yaşlı qızı “Gelandewagen” sürdü: “Xam deyil” - VİDEO

85929

Məşhur idmançı Kamil Zeynallının qızı sükan arxasına əyləşib. 

Bizim.Media xəbər verir ki, on yaşlı Sahilə atasının lüks “Gelandewagen” avtomobilini sürüb. 

Gözünün ağı-qarası olan qızını bir dəqiqə belə olsa nəzarətsiz buraxmayan Zeynallı onunla birgə avtomobildə əyləşib.  

Nəqliyyat vasitəsini peşəkarlıqla idarə edən Sahilənin görüntüləni sosial şəbəkə hesabında paylaşan Kamil qızının fərasətinə heyran qaldığını yazıb. 

“Avtomobili, ictimai nəqliyyatın və insanların olmadığı təhlükəsiz yerdə sürdük. Neçə aydır ki, qızıma avtomobil sürməyi öyrədirəm. Xam deyil və narahatçılığa səbəb yoxdur.  On yaşlı qızımın fərasəti... Bir qalıb silah atmağı öyrənməyi. O da tezliklə...”. 
Sahilə avtomobil sürmək ilə yanaşı eyni zamanda böyük məharətlə at çapmağı da bacarır.

Qeyd edək ki, Kamil Zeynallı müğənni Gülay Zeynallı ilə evlidir.

Rəşad Əliyev, Bizim.Media
 





© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO