Xalq artistinin səhhətində CİDDİ PROBLEM: Əməliyyat olundu - VİDEO

Xalq artistinin səhhətində CİDDİ PROBLEM: Əməliyyat olundu - VİDEO

Hazırda oxunan: Xalq artistinin səhhətində CİDDİ PROBLEM: Əməliyyat olundu - VİDEO

69157

Xalq artisti Çingiz Əhmədov əməliyyat olunub.  

Bizim.Media xəbər verir ki, "Təsir Dairəsi" sosial-ictimai proqramda sənətçinin əməliyyat öncəsi çəkilən görüntüləri təqdim olunub.

Aktyorun qarnının ön divarında daha əvvəl keçirdiyi əməliyyatlardan sonra yırtıqlar olub. Bu yırtıqlarda möhtəviyyat yaranıb. Bunlar isə Əhmədova ağrılar verib və səhhəti ilə bağlı əlavə problemlər yaradıb.
Bir həftə əvvəl əməliyyata hazırlıqlara başlanılıb. Planlaşdırılan əməliyyat isə yırtıq kisəsinin ləvği olub.

Xalq artisti səhhəti ilə bağlı bunları söyləyib:

"Həkimlərlə məsləhətləşib belə qərara gəldik ki, əməliyyat olunum. Bu da Allahın hökmüdür. Bir arzum var ki, tezliklə xəstəxanadan çıxım, yenə insanların əhatəsində olum". 

Ç. Əhmədovun yanından bir addım belə ayrılmayan və onun qayğısını çəkən vəkil həyat yoldaşı Mehriban Əhmədova isə həyacanlı olduğunu söyləyib.  

Bizim.Media-nın əməkdaşı Ç. Əhmədovun aktyor oğlu İbrahim Çingizlə əlaqə saxlayıb. O, atasının əməliyyatının uğurla keçdiyi və hazırda özünü yaxşı hiss etdiyini açıqlayıb. İbrahim atasının bir müddət xəstəxanada həkim nəzarətində qalacağını əlavə edib.  

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO