
- A-
- A
- A+
"Ailələrin dağılmasının əsas səbəbkarı qayınanalardır" - Video
Xalq şairi, “Şərəf” ordenli Vahid Əziz ailələrin dağılmasının səbəblərindən danışıb.
Bizim.Media xəbər verir ki, şair bu barədə ASAN TV-yə müsahibəsində fikirlərini bölüşüb.
Vahid Əziz hesab edir ki, yeni ailə quran cütlüklər valideynlərindən ayrı yaşamalıdırlar. Onun sözlərinə görə, qayınana və qayınataların ailənin daxili işlərinə müdaxiləsi münasibətlərə mənfi təsir göstərir:
“Mənə elə gəlir ki, evlənənlər ailədən uzaq olsunlar. Həm qız, həm oğlan ata-ana evindən nə qədər uzaq yaşasalar, ailələri bir o qədər möhkəm olar. Ailələrin dağılmasının əsas səbəbkarı qayınanalar, valideynlər olur. Hər işə qarışırlar. Cavan ailədir də... Uşaq yıxılır, baba-nənənin ürəyi yanır, ata-ananın vecinə deyil. Bir-iki dəfə, axırda deyir ki, bəsdir. Ailələrin möhkəm olması üçün ayrı qalsınlar.
Valideynlər ailənin daxili işinə az qarışsa, daha möhkəm olar. Atanı, ananı çox istəyirsənsə, evləndiyin qızın ata-anasını söymə. Öz doğmalarını çox istəyirsənsə, qızın da ailəsini təhqir etmə. Qız da öz valideynlərini çox istəyirsə, evləndiyi oğlanın qohumlarını lağa qoymasın”. (axsam.az)
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































