Xoşqədəm Hidayətqızı: “Məktəbdə vahid geyim qaydası var və hamı ona əməl etməlidir” – FOTO

Xoşqədəm Hidayətqızı: “Məktəbdə vahid geyim qaydası var və hamı ona əməl etməlidir” – FOTO

Hazırda oxunan: Xoşqədəm Hidayətqızı: “Məktəbdə vahid geyim qaydası var və hamı ona əməl etməlidir” – FOTO
641805
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Mən Sovet dövründə təhsil almışam. Məktəbdə vahid forma var idi və qalstukumuz, yaxud önlüyümüz olmayanda bizi dərsə buraxmırdılar. Heç kim etiraz etmirdi. Üstəlik, valideynlərimiz də müəllimlərin tərəfini tuturdu: "Düz edib buraxmayıblar. Belə məsuliyyətsizlik olar? Bundan sonra qalstukunuzu, önlüyünüzü taxmadan məktəbə getməyin!" İndi anlaya bilmirəm, biz nəyə etiraz edirik? Məktəblinin məktəbə vahid geyimdə getməsinə?”

Bizim.Media xəbər verir ki, bu sözləri Əməkdar jurnalist Xoşqədəm Hidayətqızı sosial şəbəkə hesabında yazıb.
 

“7 yaşlı uşaq hicabın nə olduğunu və onu mütləq taxıb məktəbə getməli olduğunu hardan anlayır?  Sabah o yaşda uşaq desə ki, "mən məktəbə qırmızı saçla və ya makiyajla gedəcəm", buraxacaqsınız? Təbii ki, yox.


Buraxın bu uşaqlar gedib təhsil alsınlar. Həddi-büluğa, yəni sərbəst qərar vermə yaşına çatanda qərarlarını özləri verəcəklər. 

İndi isə qayda belədir: məktəbli məktəbə müəyyən edilmiş vahid geyimdə getməlidir!
Valideynlər, zəhmət çəkib az yaşlılara başa salın ki, heç kim sizə hicab taxmağı qadağan etmir, sadəcə məktəbdə vahid geyim qaydası var və hamı ona əməl etməlidir. Qərar vermə yaşına çatdıqda istədiyiniz geyimi seçə bilərsiniz”, - deyə telejurnalist əlavə edib.

Xoşqədəm Hidayətqızı: “Məktəbdə vahid geyim qaydası var və hamı ona əməl etməlidir” – FOTO - foto 1

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO