Rusiyalı müğənni Dima Bilanın nəvələri dünyaya gəlib - FOTO

Rusiyalı müğənni Dima Bilanın nəvələri dünyaya gəlib - FOTO

Hazırda oxunan: Rusiyalı müğənni Dima Bilanın nəvələri dünyaya gəlib - FOTO

633377

Tanınmış rusiyalı müğənni Dima Bilan baba olub.

Bizim.Media “oxu.az”a istinadla xəbər verir ki, sənət adamı bu xəbəri avqust ayının 27-də özünün sosial media hesabında izləyiciləri ilə bölüşüb.

İfaçı şəxsi həyatı ilə bağlı ətraflı məlumat yaymaqdan çəkinib və bu sevindirici hadisəni sadəcə qısa bir ismarıcla çatdırmağı üstün tutub.

Özünün "Telegram" səhifəsində pərəstişkarlarına səslənən D.Bilan, "Sizə layiq sensasiya: artıq nəvələrim var", - deyə paylaşım edib.

Qeyd edək ki, müğənni daha öncəki açıqlamalarında övlad sahibi olmaq məsələsində tələsmədiyini bildirmişdi. O, gənc yaşlarından etibarən özünü valideyn rolunda hiss etdiyini və hazırda bu duyğunun ona uzaq olduğunu vurğulamışdı.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO