"İlqarla mübahisə etdik, məni efirə çağırmayacaq"

"İlqarla mübahisə etdik, məni efirə çağırmayacaq"

Hazırda oxunan: "İlqarla mübahisə etdik, məni efirə çağırmayacaq"

621766

Əməkdar artist Zaur Əmiraslanov ifa etdiyi mahnıya görə aparıcı İlqar Mikayıloğlu ilə mübahisə etdiyini açıqlayıb.

Bizim.Media xəbər verir ki, sənətçi bu barədə "Efirdən kənar" verilişində danışıb.

O, mahnıya görə proqramda tənqid olunduğunu bildirib:

"Mənə uyğun olmayan bir janrda mahnı oxudum. Sənətim, imicim üçün böyük risk idi. Amma insanlar həmin mahnını da bəyəndilər. Sadəcə, onu çox səliqəli ifa etdim və tutmadı. Gərək səliqəsiz mahnını səliqəsiz oxuyasan. Bu mahnı böyük ajiotaj yaratdı.

Aparıcı İlqar Mikayıloğlunun verilişində bu mahnıya görə onunla mübahisə etdik. Dedi ki, "Baş zabitsən, Əməkdar artistsən, bu nədir oxuyursan? Səndən heç gözləməzdim. Mövsüm sonuna qədər səni efirə çağırmayacağam". Böyük bir problem yarandı. Sağ olsun, dostumdur və bunu mənim yaxşılığım üçün dedi". (axşam.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO