Süni nəfəs aparatına qoşulan Kadir İnanırın səhhətində SON DURUM

Süni nəfəs aparatına qoşulan Kadir İnanırın səhhətində SON DURUM

Hazırda oxunan: Süni nəfəs aparatına qoşulan Kadir İnanırın səhhətində SON DURUM

615740

Süni nəfəs aparatına qoşulan Türk kinosunun usta sənətçilərindən Kadir İnanırın həyat yoldaşı Jülide Kural sənətçinin səhhəti ilə bağlı son məlumatı açıqlayıb.

Bizim.Media xəbər verir ki, "Hürriyət"ə açıqlama verən Jülide Kural bildirib ki, pnevmoniyaya bağlı tənəffüs çatışmazlığı səbəbindən entübe edilən Yeşilçamın məşhur simasının vəziyyətində müəyyən geriləmə olsa da, ilkin günlə müqayisədə infeksiya göstəricilərində yaxşılaşma müşahidə olunur.
 

“Kadirin infeksiya göstəriciləri ilk günlə müqayisədə daha yaxşıdır. Geriləmə var, amma müsbət danışmaq üçün hələ çox erkən mərhələdir”, – deyə o qeyd edib.


Jülide Kural aktyorun müalicəsinin davam etdiyini bildirib. O əlavə edib ki, Kadir İnanırın 2012-ci ildə ağciyərindəki şiş təmizlənsə də, sonrakı illərdə onun nəzarəti davam etdirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO