Fərda efirdə ağladı

Fərda efirdə ağladı

Hazırda oxunan: Fərda efirdə ağladı

614472

Aktyor Fərda Xudaverdiyev "Günə uğurla" verilişində kövrək anlar yaşayıb.

Bizim.Media xəbər verir ki, o, proqram zamanı səslənən "Ana" mahnısından sonra göz yaşlarını saxlaya bilməyib.

Mərhum anası Zeynəb xanımı xatırlayan Fərda bunları deyib:
 

"Mən səhnəyə qayıtmaya da bilərdim. Amma mənə gülməyi, zarafatı anam öyrədib. Məni daim səhnələrdə görmək istəyirdi. Sağ olanda deyirdi ki, "Sənin zarafatına anan gülürsə, deməli, hər kəs güləcək. Kimsə gülmürsə, deməli, səni qısqanırlar və zarafatlarının dozasını azaltmaq istəyirlər".


Allah şahiddir, ruhumla dərk edib deyirəm ki, indiyə qədər özüm gülmədiyim, məni güldürməyən bir şeyi tamaşaçılarıma satmamışam. Öz tamaşaçım üçün bu səliqəni həmişə qorumuşam".

Qeyd edək ki, aktyorun anası ötən il vəfat edib. (axşam.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO