Kanal D ekranlarının maraqla izlənilən “Uzak Şehir” serialında mövsüm finalı öncəsi diqqətçəkən ayrılıq xəbərləri yayılıb.
Bizim.Media “Haberler” nəşrinə istinadla xəbər verir ki, serialda Şahin Albora obrazını canlandıran Alper Çankayanın mövsümün sonunda layihə ilə vidalaşacağı məlum olub.
İddialara əsasən, hər hansı dəyişiklik baş verməzsə, aktyor öz istəyi ilə layihəyə vida edəcək.
Bildirilir ki, serialda baş verəcək digər ayrılıqlara isə final həftəsində və ya mövsüm finalından sonra aydınlıq gələcək.
Serialda Boran obrazını canlandıran Burç Kümbetlioğlunun da mövsüm sonunda layihədən ayrılacağı qeyd olunub.
Aktyor daha əvvəl ona ünvanlanan “Serialın növbəti mövsümündə davam edəcəksinizmi?” sualına “Hələlik dəqiq deyil. Yaxın zamanda bəlli olacaq” cavabını vermişdi.
O, canlandırdığı obrazla bağlı tənqidlərə də münasibət bildirib:
“Belə bir layihədə iştirak etdiyim üçün çox xoşbəxtəm. Türkiyənin ən çox izlənilən seriallarından biridir. Bu qədər mənfi xarakteri ilk dəfə canlandırıram. Bu da mənim üçün fərqli təcrübə oldu. Həm maraq var, həm də tənqidlər. Nəticədə hər şey ssenaridən asılıdır”.
Qeyd edək ki, Burç Kümbetlioğlu seriala 30-cu bölümdən etibarən qoşulmuşdu.


Bizim.Media

- A-
- A
- A+
Şoutaym
11:18 / 07.05.2026
Onlar da “Uzak Şehir”ə vida edəcək – FOTO
Hazırda oxunan: Onlar da “Uzak Şehir”ə vida edəcək – FOTO
Hazırda oxunan: Onlar da “Uzak Şehir”ə vida edəcək – FOTO
611709
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





































































































