"Brilliant Dadaşovanın sözlərindən sonra özümü toparladım"

"Brilliant Dadaşovanın sözlərindən sonra özümü toparladım"

Hazırda oxunan: "Brilliant Dadaşovanın sözlərindən sonra özümü toparladım"
599511
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Əməkdar artist Gülüstan Əliyeva bir müddət əvvəl yaradıcılığında yaranan fasilənin səbəbini açıqlayıb.

Bizim.Media xəbər verir ki, bu barədə müğənni "Xəzər axşamı" verilişində danışıb. 

O, ruhdan düşdüyü üçün sənətdən bir qədər uzaqlaşdığını bildirib:

"Olur ki, həvəsdən düşürsən. Sağa-sola baxırsan və deyirsən ki, "Ay Allah, yəni mən bu ömrü bunun üçün yaşamışam? Mən axı sənətkaram, illərimi bu sahəyə həsr etmişəm. Bu sənətin peşəkar daşıyıcısıyam".  Amma onu dəyərincə qiymətləndirməyəndə adam bir az ruhdan düşür, inciyir, bir az kənara çəkilir.
 

Həmin ərəfədə bizim dəyərli sənətkarımız, Xalq artisti Brilliant Dadaşovanın gözəl bir sitatı qarşıma çıxdı. Deyirdi ki: "Ay sənətkarlar, Azərbaycan musiqisinin dəyərli daşıyıcıları! Nə qədər ki, biz kənara çəkiləcəyik, meydan boş qalacaq". Belə olduğu halda da "çör-çöplər" başlayır meydan sulamağa.


Onun sözlərindən sonra mən də bir az özümü toparladım, "kəmər"imi bağladım. Əlbəttə ki, biz bir-birimizə dəstək olmasaq, ruhlandırmasaq, meydan boş qalır. Ona görə mən də dedim ki, ancaq irəli, irəli”. (axsam.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO