"Elnur geri dönüşü olmayan bir yolu tutdu" - Fərqanə Qasımova 

Hazırda oxunan: "Elnur geri dönüşü olmayan bir yolu tutdu" - Fərqanə Qasımova 

34093

"Bəzi saytlarda və sosial mediada yayılmış məlum xəbərlə bağlı fərqli şərhləri oxuduqca həm təəssüfləndim, həm də təəccübləndim. Əvvəla, bu həyatda hər kəsin bir sınağı olur.

Tanımadan, bilmədən özgə bir ailəni müzakirəyə çıxarmaq kiməsə başucalığı gətirməz. Taleyin öz hökmü var". 

Bizim.Media xəbər verir ki, bu sözləri Əməkdar artist Fərqanə Qasımova evindən özünə və anasına məxsus külli miqdarda qızıl-zinət əşyalarını oğurlamaqda ittiham olunan həyat yoldaşı Elnur Mövlanov haqda çıxan xəbərlərə münasibət bildirərkən yazıb. Sənətçi ərinin geri dönüşü olmayan bir yolu tutduğunu qeyd edib: 
 

MÖVZU İLƏ BAĞLI:

Alim Qasımovdan oğru kürəkəni ilə bağlı AÇIQLAMA


"Həyat yoldaşımla tanış olarkən hər ikimiz çox gənc idik. Elnur geri dönüşü olmayan bir yolu tutdu. Nə qədər çalışsaq da, onu xilas edə bilmədik. Çünki bəzi məqamlarda seçim insanın öz öhdəsinə qalır.

Mən və övladlarım bu ağır imtahandan da imanımız, ədəbimizlə çıxacağıq. Alim Qasımov sənəti, adı ilə mədəniyyətimizi zirvələrə qaldırıb. Onun adını lazımsız yerə hallandırmağa gərək yoxdur.

Onu da qeyd edim ki, bu hadisə 1 ilə yaxındır baş verib. Buna baxmayaraq eşitdiyi məlumatları yalan və yanlış yayanlara ayıb olsun. Lütfən müzakirə mövzusu etməyin".

Qeyd edək ki, F.Qasımova bir neçə il bundan əvvəl rəsmi olmasa da, həyat yoldaşından ayrılıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO