"Pullu evli kişi ilə sevgili ola bilərəm, ona "yox" demərəm" – Azərbaycanlı müğənni - FOTO

Hazırda oxunan: "Pullu evli kişi ilə sevgili ola bilərəm, ona "yox" demərəm" – Azərbaycanlı müğənni - FOTO
21836
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Meyxanaçı-müğənni Samirə Yusifqızı müzakirələrə səbəb olacaq açıqlama verib.

Bizim.Media xəbər verir ki, ifaçı imkanı olan evli kişi ilə sevgi münasibətinə “yox” deyə bilməyəcəyini vurğulayıb.

“Mənə elə gəlir ki, bir çox qadınlar evli bir bəy sevib. Mən də evli adam sevmişəm, həmin şəxsin yoldaşı xarici ölkədə yaşayırdı.

Bir çox müğənni var ki, evli kişinin ailəsini dağıdıb, ona ərə gedənlər var. Həmin kişilərin əsas ailəsi elə birinci ailəsidir. İndi təkcə müğənnilər ailə dağıtmır ki... Mən sevilməyə layiq qadınam. Məni sevən oğlan uzağı məndən 10-12 yaş kiçik ola bilər. Övladım yaşında bir oğlanla sevgili olası deyiləm ki... Çox yaş fərqi olanda, düşüncələrimizdə də anlaşılmazlıqlar olacaq. Mənə evli kişi sevgi təklifi etsə, xoşum gəlsə, razılıq verəcəm. Peyğəmbərimizin neçə xanımı olub. İmkanı, pulu varsa, niyə də yox? Buyursun”, deyə o, qeyd edib.

Qeyd edək ki, S.Yusifqızı bir dəfə evli olub, həyat yoldaşı vəfat edib. (Lent.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO