Aktyor Cavidan: “Atam Ramiz Novruzun vəfatı mənə travma yaşadır” – VİDEO 

Aktyor Cavidan: “Atam Ramiz Novruzun vəfatı mənə travma yaşadır” – VİDEO 

Hazırda oxunan: Aktyor Cavidan: “Atam Ramiz Novruzun vəfatı mənə travma yaşadır” – VİDEO 
194287
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Atam Ramiz Novruz, Telman Adıgözəlov, Arif Quliyev kimi sənətkarların həyatdan köçməsinə inanmıram. Nəyəsə görə hər zaman elə bir təəssürat yaranırdı ki, onlar 80-90 il yaşaya bilərlər. Onların gözlənilməz vəfatı insanlara travma yaşatdı”. 

Bizim.Media xəbər verir ki, bu sözləri aktyor Cavidan Novruz qonaq olduğu “Xəbər-ətər” verilişində deyib. 

Sənətçi bildirib ki, atası Ramiz Novruzla dost olub: 

“Bu günə kimi atamın dünyasını dəyişməsi mənə travma yaşadır. Mən Allaha üsyan etmirəm. Amma bununla, eyni zamanda barışa bilmirəm. O, biraz pis ata olsaydı, bu qədər bizə təsir etməzdi. Atam bizimlə münasibətlərdə başqa cür idi. Atam mənim atam yox, dostum idi. Atamın yoxluğunun bir ili tamam oldu. Əvvəllər onun haqda danışanda ağlayırdım. İndi isə atam haqda danışanda yalnız gülməli əhvalatlarını danışıram. Pozitivə köklənmək lazımdır ki, onun ruhu da şad olsun”. 
Qeyd edək ki, Ramiz Novruz ötən ilin fevralın 20-si uzun sürən mədə xərçəngindən müalicə aldığı özəl klinikaların birində 67 yaşında dünyasını dəyişib. 
 


Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO