Flora Kərimova: "Bəlkə də mən həyatımla vidalaşardım" - VİDEO

Hazırda oxunan: Flora Kərimova: "Bəlkə də mən həyatımla vidalaşardım" - VİDEO

187852

"Qızımın atası avtomobil qəzasına düşdü. Çox gözlənilmədən oldu. O dövrdə qızım olmasaydı, bəlkə də, mən həyatımla vidalaşardım. Mənə Zivər xanım (şairə Zivər Ağayeva - red.) zəng etdi. Mənim itkimə, dərdimı ithafən o sözləri ("Yoxluğunu bilə-bilə" mahnısı - red.) yazdı. Təbii ki, bir il oxumadım. Mənim hansısa mahnını məşq edib oxumağa heyim yox idi. "Yanağımda göz yaşlarım düzülübdür gilə-gilə, gözləyirəm sən siləsən, yoxluğunu bilə-bilə" sözlərini gətirdi və bu söz məni çox tutdu".

Bizim.Media xəbər verir ki, bu sözləri 83 yaşlı sənətkar sosial şəbəkə hesabında haqqında çəkilən sənədli filmdən arxiv kadrları paylaşarkən yazıb.

Kərimova həyat yoldaşının vəfatında sonra oxuduğu ilk mahnının tarixçəsindən söz açıb:

"Bu hadisədən sonra zəng etdim Xalq artisti Elza İbrahimovaya, dedim bu sözlərə mahnı yazın. Elza bir az emosiyalarını saxlayan adamdır. İki gün bu mahnının üstündə ağlayıb və bir şey çıxmayıb. Çünki mənim itkimi öz itkisi kimi qəbul edirdi. Sonra oturdu, beş-on dəqiqənin ərzində mahnı yarandı. Yoldaşım 1988-də rəhmətə getdi. 1989-da birinci dəfə mən bu mahnıyla çıxdım. Qara paltarda çıxdım. Adımı çəkdilər. Göz yaşlarım da sel kimi axır. Cəmləşdim, elə oxudum, bəlkə də, mən bu mahnını heç vaxt elə küskün, üsyanlı, yazıq, bədbəxt oxumadım".

Qeyd edək ki, Flora Kərimova iki dəfə ailəli olub. Müğənni məşhur cərrah İbrahim Topçubaşovla evli olsa da övladı olmayıb. Müğənni ilə ailə quranda onların 20 yaş fərqləri var imiş.

İ.Topçubaşovun ölümündən bir neçə il sonra F.Kərimova iş adamı Faiq Şəfiyevlə ailə qurub. Bu nikahdan onların Zümrüd adında bir qızı dünyaya gəlib. Bu evlilik də uzun davam etməyib. Zümrüdün altı yaşı olanda Faiq bəy avtomobil qəzasında dünyasını dəyişib. 
Flora Kərimovanın Zümrüddən savayı Oqtay adında bir oğlu da var. Qızı İngiltərədə, oğlu isə Almaniyada yaşayır.
 

Rəşad Əliyev, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO